Ərdoğan Almaniya Prezidenti ilə görüşüb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Almaniya Prezidenti Frank Valter-Ştaynmayerlə görüşüb. Şəffaflıq.az xəbər verir ki, məlumatı “TRT Haber” yayıb. Məlumata görə, səfər prezidentlərin təkbətək görüşü ilə davam edib. Daha sonra Rəcəb Tayyib Ərdoğan və Frank Valter-Ştaynmayerin başçılığı ilə nümayəndə heyətlərinin görüşü başlayacaq. Qeyd edək ki, Almaniya Prezidenti aprelin 22-dən Türkiyədə səfərdədir.
Xəbəri paylaş
Facebook-da paylaş