Səfir: Ermənistanın basdırdığı minalar öz vətəndaşlarının həyatını da təhlükəyə atır
Ermənistanın basdırdığı minalar öz vətəndaşlarının həyatını da təhlükə altına qoyur. Şəffaflıq.az xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfiri Əli Əlizadə “X”də yazıb. O xatırladıb ki, Azərbaycanla sərhəddə mina partlayışı nəticəsində bir erməni əsgər yaralanıb. “2020-ci il müharibəsi başa çatdıqdan sonra azərbaycanlı qurbanların sayı 352 nəfərdir”, - diplomat qeyd edib. Xatırladaq ki, aprelin 25-də Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb və hadisə nəticəsində yaralanıb.
Xəbəri paylaş
Facebook-da paylaş