Azərbaycanda qatarın ləngiməsinə görə işə gecikənlər iş yerinə təqdim etmək üçün arayış ala bilərlər
Əgər vətəndaş qatarın gecikməsi səbəbindən işə gecikibsə, bu zaman vağzal növbətçisinə yaxınlaşaraq iş yerinə təqdim etmək üçün arayış əldə edə bilər. Şəffaflıq.az xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC sərnişinlərə müraciətində bildirib. "Texniki nasazlıq, hava şəraiti və eləcə də fövqəladə vəziyyətlər zamanı gecikmələr baş verə bilər", - deyə qurum bəyan edib.
Xəbəri paylaş
Facebook-da paylaş
