Əsas Səhifə > Dünya > İranda koronavirusdan ölənlərin sayı sürətlə artmağa başlayıb
İranda koronavirusdan ölənlərin sayı sürətlə artmağa başlayıb15-06-2020, 20:59 |
İranda koronavirusa yoluxanların sayı yenə artıb. Şəffaflıq.az IRNA-ya istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb. Açıqlamada ölkədə daha 2 449 nəfərdə koronavirusun aşkarlandığı bildirilib. Bununla da İranda yoluxma faktlarının sayı 189876-ya çatıb. Məlumata görə, ölkədə koronavirusdan ölənlərin sayı daha 113 nəfər artaraq 8 950 nəfərə yüksəlib. 2 765 pasiyentin vəziyyətinin ağır olduğunu vurğulanıb. Bundan başqa, indiyədək 150590 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb. Qeyd edək ki, İranda iyunun 14-də 107, iyunun 13-də 71 nəfərin öldüyü açıqlanmışdı. Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb. Geri qayıt |