Şoyqu: ABŞ Ukraynadan Rusiyanın hücumunu dayandırmağı israrla tələb edir
ABŞ və müttəfiqləri Ukraynadan nəyin bahasına olursa-olsun, Rusiya Silahlı Qüvvələrinin hücumunu dayandırmağı israrla tələb edirlər. Şəffaflıq.az xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu brifinqdə çıxışı zamanı deyib. O bildirib ki, Ukrayna ordusunun bölmələri müəyyən istiqamətlərdə müqavimət göstərməyə çalışırlar: “Lakin Rusiya Silahlı Qüvvələrinin hücumu nəticəsində geri çəkilirlər”. Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb.
Xəbəri paylaş
Facebook-da paylaş