Türkiyəli nazir: Azərbaycanla sosial müdafiə sahəsində əməkdaşlığa önəm veririk
Azərbaycanla Türkiyənin sosial müdafiə sahəsində birgə əməkdaşlığına önəm veririk. Nazir bildirib ki, iki qardaş ölkənin sosial müdafiə məsələlərində azərbaycanlı həmkarı, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə mütəmadi məsləhətləşmələr aparır: “Həmkarım Sahil Babayevlə əməkdaşlıq məsələlərini davamlı şəkildə müzakirə edirik”. Türk dünyasının günü-gündən gücləndiyini bildirən nazir bütün sahələrdə olduğu kimi, sosial müdafiə məsələsində də Türkiyə ilə Azərbaycanın iş birliyinin digər türk dövlətləri üçün nümunə ola biləcəyinə diqqət çəkib: “Bu baxımdan, milli sosial müdafiə məsələlərində əməkdaşlığımız çox vacibdir”. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş