ADB prezidenti: "Cənubi Qafqazda sülhün bərqərar olması üçün siyasi sabitlik və təhlükəsizlik vacibdir"
Cənubi Qafqazda sülhün bərqərar olması üçün siyasi sabitlik və təhlükəsizlik vacibdir. Şəffaflıq.az-ın verdiyi məlumata görə, bunu ADB prezidenti Masatsuqu Asakava Gürcüstanın paytaxtında ADB-nin 57-ci illik toplantısı çərçivəsində keçirilən mətbuat konfransında deyib. “Azərbaycan və Ermənistan arasında gərginliyin artması bizi çox narahat edirdi, lakin münaqişə artıq başa çatıb. Siyasi sabitlik və təhlükəsizlik regionda sülhün bərqərar olması üçün çox vacibdir. Dünya liderləri sülhə nail olmağa kömək edəcəklər”, - deyə ADB prezidenti Azərbaycan və Ermənistan arasında sərhədlərin demarkasiyası prosesinin başlanması ilə bağlı sualı cavablandırarkən bildirib. Onun sözlərinə görə, ADB bir çox ölkələrə, o cümlədən Cənubi Qafqaz ölkələrinə yardım edib və edir: “ADB özünün 58 illik tarixi ərzində müxtəlif regional əməkdaşlıq təşəbbüsləri vasitəsilə Asiya-Sakit Okean regionunda, o cümlədən Cənubi Qafqazda ölkələr arasında dostluğun və sabitliyin möhkəmlənməsinə kömək edib. Biz bunu davam etdirməyə sadiqik”. M.Asakava həmçinin vurğulayıb ki, ADB Cənubi Qafqazda regional əlaqələrin açılması ilə bağlı layihələri dəstəkləməkdən məmnundur.
Facebook-da paylaş