Ermənistanda Paşinyanın məsuliyyətə cəlb olunması ilə bağlı müraciət MTX-ya göndərilib
Ermənistan baş prokurorluğu baş nazir Nikol Paşinyanın cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı müraciəti Milli Təhlükəsizlik Xidmətinə (MTX) göndərib. Şəffaflıq.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu baş prokuror Anna Vardapetyan parlamentdə bildirib. “Bir sıra mülkiyyət sənədlərinin yoxlanılması və s. müraciətlər MTX-ya göndərilib. Yoxlamadan sonra cinayət işinin açılması məsələsi müzakirə olunacaq”, - o bildirib.
Xəbəri paylaş
Facebook-da paylaş