Əsas Səhifə > REGİON > Ermənistanda Paşinyanın məsuliyyətə cəlb olunması ilə bağlı müraciət MTX-ya göndərilib

Ermənistanda Paşinyanın məsuliyyətə cəlb olunması ilə bağlı müraciət MTX-ya göndərilib


3-05-2024, 16:07


Ermənistan baş prokurorluğu baş nazir Nikol Paşinyanın cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı müraciəti Milli Təhlükəsizlik Xidmətinə (MTX) göndərib.

Şəffaflıq.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu baş prokuror Anna Vardapetyan parlamentdə bildirib.

“Bir sıra mülkiyyət sənədlərinin yoxlanılması və s. müraciətlər MTX-ya göndərilib. Yoxlamadan sonra cinayət işinin açılması məsələsi müzakirə olunacaq”, - o bildirib.


Geri qayıt