Taleh Kazımov: “Valyuta bazarında kəskin tələb artımı yoxdur”
Azərbaycanın valyuta bazarında kəskin tələb artımı artıq bitib. Şəffaflıq.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, ilin əvvəlində xarici valyutaya olan tələb artımı dövlət büdcəsinin xərclərinin 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 28 %-dən çox artması ilə bağlıdır: “Həmin xərclərin 45 %-dən bir az artığı əsaslı xərclərdir. Həmçinin hüquqi şəxslərin avans ödənişlərində də artım var. Bundan əlavə iqtisadiyyata investisiyalanın artımını da müşahidə etdik. Buna paralel olaraq əhali arasında əsassız aktivlik olub ki, bu da tələbin artmasına müəyyən təsir göstərib”. T.Kazımov qeyd edib ki, hazırda vəziyyət normadadır və valyuta bazarında sabitlikdir, bazarda olan vəziyyət ötən ilin eyni dövrü ilə müqayisədə eynidir.
Facebook-da paylaş