ABŞ-nin Rusiyada işləmiş diplomatı Türkmənistana səfir təyin edilib


ABŞ-nin Rusiyada fəaliyyətdə olan səfirinin keçmiş müavini Elizabet Rud Birləşmiş Ştatların Türkmənistandakı səfiri vəzifəsinə təyin edilib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə ABŞ Konqresinin “X” səhifəsində bildirilib.

Məlumata görə, Senat onun Türkmənistana səfir vəzifəsinə namizədliyini mayın 3-də təsdiqləyib.

Bildirilib ki, Elizabet Rud indiyə qədər ABŞ-nin Gürcüstandakı səfirinin müavini, Dövlət Departamentinin Qafqaz və regional münaqişələr üzrə Baş İdarənin rəhbəri, ölkəsinin Qarabağ, Abxaziya, Cənubi Osetiya və Dnestryanı bölgələrindəki münaqişələr üzrə xüsusi nümayəndənin müavini, ABŞ-nin Əfqanıstandakı səfirinin siyasi məsələlər üzrə müşaviri vəzifələrində işləyib.

O, ingilis dili ilə yanaşı, fransız, rus, alman, puştu, dari və gürcü dillərini də bilir.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}