"Seçkinin gedişi barədə rəyimizi sabah açıqlayacağıq" - ATƏT PA-nın müşahidəçisi

 

Azərbaycanda keçirilən seçkilərdə ilk dəfə beynəlxalq müşahidəçi kimi iştirak edirəm.

Şəffaflıq.az Trend-ə istinadən bildirir ki, bunu ATƏT Parlament Assambleyasının beynəlxalq müşahidəçisi, avstriyalı Hafenecker Kristian deyib.
Onun sözlərinə görə, bütün gün ərzində, səsvermə bitənədək məntəqələrdə müşahidələr aparacaq: "Amma müşahidə aparacağım məntəqələrin dəqiq sayını deyə bilmərəm. Gün ərzində maksimum şəkildə daha çox məntəqədə olmağa çalışacayıq".

Hazırda 16 saylı Yasamal 2-ci Seçki Dairəsinin 19 saylı seçki məntəqəsində müşahidə aparan H.Kristian hələ seçkinin gedişi barədə fikir yürüdə bilməyəcəklərini, öz rəylərini sabah keçirəcəkləri mətbuat konfransında açıqlayacaqlarını söyləyib.

Həmin məntəqədə müşahidə aparan ATƏT Parlament Assambleyasının digər beynəlxalq müşahidəçisi Cederfelt Marqareta deyib ki, seçkinin gedişatı haqqında fikir söyləmək hələ tezdir:

"Gün ərzində 8-12 məntəqədə müşahidə aparacağıq. Yalnız bundan sonra öz rəylərimizi sizinlə bölüşə bilərəm".

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}