Ukraynanın paytaxtı Kiyevə raket hücumu olub,2 nəfər ölüb, daha 2 nəfər isə yaralanıb


Rusiya Silahlı Qüvvələrinin Ukraynanın paytaxtı Kiyevə raket hücumunda havada zərərsizləşdirilən mərmi qalıqlarının düşməsi nəticəsində 2 nəfər ölüb.

Şəffaflıq.az  xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyası

teleqramda məlumat yayıb.

“Təəssüf ki, Kiyevin Şevçenko rayonunda dağıntıların müəssisənin ərazisinə düşməsi nəticəsində, ilkin məlumata görə, 2 nəfər həlak olub. Daha bir nəfər xəsarət alıb. Ona tibbi yardım göstərilir”, - KŞHA-nın rəisi Serhiy Popko bildirib.

Şəhərin meri Vitali Kliçkonun sözlərinə görə, 2 nəfər ölüb, daha 2 nəfər isə yaralanıb və xəstəxanaya yerləşdirilib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}