Gürcüstanda uşaqları küçələrdə dilənməyə məcbur edən cinayətkar dəstə ifşa olunub


Gürcüstanda uşaqları küçələrdə dilənməyə və turistləri soymağa məcbur edən cinayətkar dəstə ifşa olunub.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Tbilisi, Kutaisi və Batumidə Gürcüstana qanunsuz daxil olmuş əcnəbilər də daxil olmaqla 15 nəfər saxlanılıb. Saxlanılanların ən böyüyünün 61, ən kiçiyinin isə 16 yaşı var.

Bütün saxlanılanları 17 ilə qədər həbs gözləyir.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}