Fransadan müsəlman şagirdlərə QADAĞA


Fransa hökuməti məktəblərdə abaya - bütün bədəni örtən müsəlman paltarları geyinməyi qadağan edib.

Şəffaflıq.az  bizim media-ya istinadla xəbər verir ki, bu barədə ölkənin təhsil naziri Qabriel Attal qərar qəbul edib.

"Sinifə girəndə şagirdlərin dinini təkcə onlara baxmaqla müəyyən edə bilməməlisən. Qərara gəldim ki, abaya artıq məktəblərdə geyilməsin", - deyə nazir qərarını izah edib.

Qeyd edək ki, Fransada 2004-cü ildən etibarən məktəblərdə dünyəvilik və gözə çarpan dini simvollar haqqında qanun var. Bu qanun, hər hansı dini simvolların və ya paltarların, məsələn, İslami hicabların, yəhudi kipaları və ya paltarın üzərində böyük xristian xaçlarının taxılmasının qadağan edilməsini nəzərdə tutur.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}