Azərbaycanda 3 ayda dövlət xəttilə 115 milyon manat ipoteka krediti verilib


Bu ilin yanvar-mart aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 115 milyon manat kredit verilib.

Şəffaflıq.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,6 % çoxdur.

Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 26,8 % azalaraq 70,6 milyon manat olub.

3 ay ərzində İKZF istiqraz buraxmaqla 140 milyon manat vəsait cəlb edib (ötən ilin eyni dövründə vəsait cəlb etməyib), 1 il bundan əvvəl olduğu kimi Fonda dövlət büdcəsindən 21,9 milyon manat vəsait ayrılıb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}