Ərazilərin minalarla çirkləndirilməsi itkin düşmüş şəxslərin axtarışına mane olur
İtkin düşmüş şəxslərin axtarış işlərinə mane olan əsas amillərdən biri hazırda ərazilərin minalarla çirkəndirilməsidir. Şəffaflıq.az-ın xəbərinə görə, bunu Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Səmədov aprelin 30-da keçirilən brifinqdə deyib. O bildirib ki, axtarış işlərinə mane olan əsas amillərdən biri hazırda ərazilərin minalarla çirkəndirilməsidir: “Təəssüf ki, Ermənistan itkin düşmüş şəxslərin məzar yerləri ilə bağlı məlumatı təqdim etmir. Bununla bağlı dəqiq məlumatlar Ermənistan tərəfindədir".
Xəbəri paylaş
Facebook-da paylaş