Qırğızıstan Prezidenti COP29-un Azərbaycanda keçirilməsini mühüm hadisə adlandırıb


Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibi ölkə seçilməsi münasibətilə təbrik edib.

Şəffaflıq.az xəbər verir ki, bunu Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında deyib.

“Bu, həqiqətən də mühüm hadisədir və biz çox şadıq ki, qardaş ölkə belə böyük tədbirə ev sahibliyi edir”, - o bildirib.

Qırğızıstan Prezidenti, həmçinin bu gün dövlət başçısı İlham Əliyevlə aparılan danışıqların nəticələrindən məmnunluğunu ifadə edib: “Əldə edilmiş razılaşmalar dövlətlərimizin hər iki ölkənin mənafeyinə uyğun olaraq bütün sahələrdə sıx əlaqələri inkişaf etdirmək, bununla yanaşı dostluq mühitini möhkəmləndirməyə dair qarşılıqlı istəyini aydın şəkildə nümayiş etdirir”.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}