BMT nümayəndəsi: COP29-un Bakıda keçirilməsi iqlim dəyişikliklərinə qarşı böyük imkanlar deməkdir


BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirilməsi iqlim dəyişikliklərinə qarşı mübarizədə böyük imkanlar deməkdir və biz regiona sülh gətirən belə tədbirlərdə iştirak etməyə hər zaman hazırıq.

Noyabrın 11-də Bakıda keçiriləcək COP29-la bağlı fikirlərini bölüşən səfir deyib ki, bu günə qədər sessiyanın keçirildiyi digər ölkələrdə iştirak edib: “Keçən il COP28 Dubayda keçirildi. Onu iqlim dəyişikliyi ilə sağlamlıq, müharibə və sülh arasındakı əlaqə, münaqişələrə, quraqlıqlara və daşqınlara ən həssas olan insanların ehtiyaclarına yönəldilmiş xüsusi bir gün hesab edirəm. Xüsusilə, su böhranı bütün insanların ümumi problemidir. Biz bu məsələ ilə bağlı bir sıra təşkilatlarla işləyirik və bunu COP29-un da gündəminə gətirmək istəyirik”.

Səfir Azərbaycanı belə bir tədbirə liderlik etdiyi üçün təqdir edib.

“Azərbaycanın çox güclü təşkilatçılıq təcrübəsi var. Biz özümüz cənab İlham Əliyev tərəfindən aparılan Bakı prosesində bir çox dialoqlarda iştirak etmişik”, - deyə David Fernandez Puyana qeyd edib.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}