Azərbaycanda dövlət şirkətinin adı dəyişdirilib
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus "Təhlükəli Tullantılar" MMC-nin adı "Tullantıları İdarəetmə Mərkəzi"nə dəyişdirilib. Şəffaflıq.az bu barədə nazirliyə istinadən xəbər verir. Xatırladaq ki, sözügedən şirkət 2004-cü ildə təhlükəli tullantıları zərərsizləşdirmək məqsədi ilə Sumqayıtda yaradılıb. Onun nizamnamə kapitalı 200 manatdır.
Xəbəri paylaş
Facebook-da paylaş