Sahibkarlığın İnkişafı Fondu qiymətli kağızlara investisiyaları 3 dəfə artırıb


Bu il yanvarın 1-nə İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun (SİF) aktivlərindəki investisiya qiymətli kağızlarının ümumi dəyəri 89,326 milyon manat təşkil edib.

Şəffaflıq.az bu barədə Fondun maliyyə hesabatına istinadən xəbər verir.

Sənədə əsasən, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 2,7 dəfə çoxdur.

Xatırladaq ki, SİF ölkə prezidentinin “Sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” 31 iyul 2018-ci il tarixli fərmanı ilə, İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun bazasında yaradılıb. Onun nizamnamə kapitalı 1 milyard 7,307 milyon manatdır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}