ABŞ-da həkim peyvənd olunduqdan sonra öldü

 

Amerikalı həkim Corci Maykl “Pfizer” peyvəndi vurdurduqdan 16 gün sonra vəfat edib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

56 yaşlı kişinin ölümü barədə həyat yoldaşı açıqlama verib. Onun sözlərinə görə, Mayklın ölümü 100 faiz peyvəndlə əlaqəli olub. Belə ki, peyvənd öncəsi müayinə zamanı onda heç bir xəstəlik aşkar edilməyib. Həyat yoldaşı Mayklın siqaret çəkmədiyini və spirtli içki qəbul etmədiyini bildirib.

O qeyd edib ki, peyvənddən üç gün sonra həkimin qollarında və ayaqlarında bəzi qırmızı ləkələr meydana gəlib və müayinə zamanı kəskin trombosit çatışmazlığı aşkar edilib.

Həkimlər xəstəyə idiopatik trombositopenik purpura diaqnozu qoyub. Bu xəstəlik zamanı insan bədəni trombositləri yad cisimlər kimi qəbul edərək və dalağa onları məhv etməsi üçün siqnal verir.

Corcu Maykl 3 yanvarda beyin qanaxmasından həyatını itirib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}