“BioNTech”/”Pfizer” peyvəndi vurduran tibb işçisi qəfil ölüb

 

“BioNTech”/”Pfizer” tərəfindən hazırlanan vaksini vurduran 41 yaşlı portuqaliyalı tibb işçisi 48 saat sonra qəfildən ölüb.

Şəffaflıq.az bildirir ki, bu barədə “Daily Mail” xəbər verib.

Sonya Asevedo 30 dekabrda peyvənd olunub.

Mənbə yazır ki, ilk saatlarda tibb işçisində heç bir yan təsir müşahidə edilməyib, lakin qəfildən halı pisləşən qadın yanvarın birində vəfat edib.

Tibb işçisinin ölüm səbəbinin yaxın günlərdə keçirilməsi planlaşdırılan cəsədin yarılma nəticəsində müəyyən ediləcəyi bildirilir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}