Cəlilabadda avtomobil yanıb
Cəlilabad rayonunda minik avtomobili yanıb. Şəffaflıq.az-ın məlumatına görə, hadisə rayonun Cəfərli kəndi ərazisində qeydə alınıb. Belə ki, rayonun Abdullu kənd sakini Mübariz Zamanova məxsus olan "VAZ 2106" markalı avtomobili yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin iki texnikası və canlı qüvvəsi cəlb olunub. Buna baxmayaraq avtomobil tamamilə yanaraq yararsız vəziyyətə düşüb. İlkin ehtimala görə, yanğına avtomobildə baş verən qısaqapanma səbəb olub. Hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş








