Hindistanda zəvvarları daşıyan avtobus qəzaya uğrayıb, 4 nəfər ölüb
Hindistanın Uttar-Pradeş ştatında zəvvarları daşıyan avtobusun qəzaya uğraması nəticəsində 4 nəfər ölüb. Şəffaflıq.az Hindistan KİV-nə istinadən xəbər verir ki, qəza Baqpat rayonu ərazisindəki magistral yolda baş verib. Polisin məlumatına görə, avtobusda təxminən 32 nəfər olub. Nəqliyyat vasitəsi ayırıcı səddə çırpılaraq aşıb. Bir neçə sərnişin ciddi xəsarət alıb. Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Zərərçəkənlər xəstəxanalara çatdırılıb.
Xəbəri paylaş
Facebook-da paylaş








