Dünyada koronavirusla bağlı son vəziyyət...


 

Dünyada son olaraq koronavirusa yoluxanların sayı 5.590.358 nəfər, virusdan ölənlərin sayı isə 350 000 nəfərə çatıb. Rəsmi statistikaya görə, 2.366.574 nəfər virusa qalib gələrək, sağalıb. 

Koronavirusla bağlı dünya ölkələri arasında son vəziyyət aşağıdakı kimidir.

ABŞ-da yoluxanların sayı 1.706.226 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı 100 minə yaxınlaşaraq, 99.805 nəfər olub.

Latın Amerikası ölkəsi olan Braziliyada koronavirusla bağlı vəziyyət daha da gərginləşib. Ölkədə yoluxma sayı sürətlə artaraq 376.669 nəfər olub.

Qeyd edək ki, bu sayla Braziliya Latın Amerikası ölkələri arasında birinci yerdədir. Bundan əvvəl yoluxma sayına görə ABŞ-dan sonra ikinci yerdə Rusiya dayansa da, Braziliya artıq iki gündür ki, bu sırada qərarlaşıb. Ölkədə ölənlərin sayı da pik həddədir – 23.522 nəfər. Braziliyada yoluxma sayı hər keçən gün daha sürətlə artdığı üçün ABŞ qapılarını Braziliya vətəndaşları üçün bağladığını elan edib. Bununla belə, “Ağ Ev”dən bildirilib ki, Braziliyadan gələn şəxslər ölkəyə daxil ola bilməsə də, ticarət əlaqələri davam edəcək.

Azərbaycanla həmsərhəd olan Rusiyada da vəziyyət gərgindir. Ölkədə virusa yoluxanların sayı 353.427 nəfərə çatıb. Bu sayla Rusiya dünya ölkələri arasında 3-cü sıradadır. Rəsmi məlumata görə, virusa yoluxanların 2561 nəfəri hamilə qadınlardır. Ölkədə virusdan ölənlərin sayı da artaraq, 3.633 nəfər olub.


İspaniyada isə koronavirusdan ölənlərin xatirəsini anmaq üçün bu gündən etibarən ölkədə 10 günlük matəm elan olunub. Qeyd edək ki, bu ölkədə koronavirusdan ölənlərin sayı pik həddə çatıb – 26.837 nəfər. Koronavirusa yoluxanların sayı da sürətlə artmaqda davam edir. Bu günə qədər İspaniyada 282.480 nəfərdə virus aşkarlanıb ki, bu sayla da ölkə virusa yoluxma sayına görə dünya ölkələri arasında 4-cü sıradadır.  Rəsmi məlumata görə, 196.958 nəfər virusa qalib gələrək, sağalıb.

Yoluxma sayına görə 5-ci sırada Böyük Britaniyadır. Ölkədə bu günə qədər 261.184 nəfər koronavirusa yoluxub. Virusdan ölüm sayına görə İngiltərə uzun müddətdir ki, Avropa ölkələri arasında birinci sıradadır. Belə ki, ölkədə virusdan ölənlərin sayı 36.914 nəfərdir.

İtaliyada isə koronvirusla bağlı vəziyyət getdikcə səngiməyə başlayıb. Son məlumata görə, ölkədə 141.981 nəfər virusa qalib gələrək, sağalıb. Həmçinin son bir neçə gündür ki, ölkədə virusdan ölənlərin sayında da azalmalar müşahidə olunmaqdadır. Bu günə qədər ölkədə 230.158 nəfərdə virus aşkarlanıb ki, onlardan da 32.877 nəfəri dünyasını dəyişib.

Fransada da vəziyyət ağır olaraq qalır. Ölkədə virusa yoluxanların sayı artaraq, 182.942 nəfər olub. Virusdan ölənlərin sayı isə 28.432 nəfər olub. Bu günə qədər virusa yoluxanların yalnız təxminən 1/3-i, yəni 65.199 nəfəri virusdan sağalıb.

Türkiyədə isə virusa yoluxanların sayı 157.814 nəfər olub. Virusdan ölənlərin də sayında artma müşahidə olunur – 4.369 nəfər.


 Qeyd edək ki, Türkiyədə virusdan ölənlərin arasında azərbaycanlılar da var. Son olaraq iki gün öncə 52 yaşlı Sadəgel Xudiyeva adlı azərbaycanlı qadın dünyasını dəyişib. Məlumata görə, mərhum xüsusi qaydalarla İstanbulun Sariyer rayonunda yerləşən "Kilyos" qəbiristanlığında dəfn edilib.

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}