"Neftçi"nin iki futbolçusu "Zirə" ilə matçı buraxacaq
"Neftçi"nin iki futbolçusu bu gün "Zirə"yə qarşı keçirəcəkləri Premyer Liqanın XXXI turun oyununu buraxacaq. Bu barədə "ağ-qaralar"ın mətbuat xidmətindən məlumat verilib. Bərpa prosesi keçən qapıçı Emil Balayev və cəzalı Azər Salahlı sözügedən matçda meydana çıxmayacaqlar. Qeyd edək ki, Zirə İdman Kompleksinin stadionunda təşkil olunacaq qarşılaşma saat 19:00-da start götürəcək. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş