Bakıda kafedən pul oğurlayan şəxs saxlanılıb


Bakıda kafelərin birindən 5 400 manat pul oğurlanıb.

Bu barədə Şəffaflıq.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində yerləşən kafelərin birindən 5400 manat pul oğurlamaqda şübhəli bilinən Rəşid Məlikov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}