Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb
İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 23 nəfər Türkiyə xüsusi xidmət orqanları tərəfindən saxlanılıb. Şəffaflıq.az TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib. “Ölkənin 7 vilayətində keçirilən əməliyyatlar çərçivəsində İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb”, - nazir “X” sosial şəbəkəsindəki hesabında qeyd edib. Onun sözlərinə görə, 10 şəxs Suriya ilə həmsərhəd Hatay vilayətində saxlanılıb.
Xəbəri paylaş
Facebook-da paylaş