Kəlbəcərdə minik avtomobili betonqarışdıran maşınla toqquşub, ölən var
Kəlbəcərdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub. "Report"un Qərb bürosunun məlumatına görə, rayon ərazisində "KİA" markalı minik avtomobili qarşıdan gələn betonqarışdıran maşınla toqquşub. Hadisə zamanı minik avtomobilinin sürücüsü, 1957-ci il təvəllüdlü Azad Zeynalov hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş
