Əsas Səhifə > Hadisə > Kəlbəcərdə minik avtomobili betonqarışdıran maşınla toqquşub, ölən var

Kəlbəcərdə minik avtomobili betonqarışdıran maşınla toqquşub, ölən var


23-04-2025, 23:50


Kəlbəcərdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, rayon ərazisində "KİA" markalı minik avtomobili qarşıdan gələn betonqarışdıran maşınla toqquşub.

Hadisə zamanı minik avtomobilinin sürücüsü, 1957-ci il təvəllüdlü Azad Zeynalov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Şəffaflıq.az


Geri qayıt