Bakıda iki gündə itkin düşən 16 nəfər tapılıb
Bakıda iki gündə itkin düşən 16 nəfər tapılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, martın 29-da və 30-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 16 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Xəbəri paylaş
Facebook-da paylaş
