Ötən gün itkin düşən 14 nəfər tapılıb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən ötən gün itkin düşən 14 nəfərin yeri müəyyənləşib. Bu barədə DİN-dən məlumat verilib. Bildirilib ki, fevralın 17-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 14 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş
