Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Şəffaflıq.az-ın məlumat verir ki, hadisə şəhərin Sahil küçəsində qeydə alınıb. Yolu keçmək istəyən piyada, 1969-cu il təvəllüdlü Nərgiz Yusif qızı İsgəndərovanı "Mercedes" markalı avtomobil vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.Sumqayıtda avtomobil 56 yaşlı piyadanı vuraraq öldürüb.
Xəbəri paylaş
Facebook-da paylaş
