Əsas Səhifə > Hadisə > Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


6-02-2025, 22:52


Sumqayıtda avtomobil 56 yaşlı piyadanı vuraraq öldürüb.

Şəffaflıq.az-ın  məlumat verir ki, hadisə şəhərin Sahil küçəsində qeydə alınıb.

Yolu keçmək istəyən piyada, 1969-cu il təvəllüdlü Nərgiz Yusif qızı İsgəndərovanı "Mercedes" markalı avtomobil vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.


Geri qayıt