Görədildə evdən 10 min manat dəyərində inşaat materialları oğurlanıb


Abşeron rayonunun Görədil kəndində evdən 10 min manat dəyərində inşaat materialları oğurlanıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Zərərçəkmiş noyabrın 25-dən dekabrın 5-dək olan müddətdə evindən 10 min manat dəyərində inşaat materiallarının oğurlandığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 30 yaşlı R.Hüseynov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}