“Kalaşnikov” konserni AK-74M-M partiyasını buraxıb
“Kalaşnikov” silahların qismən yığılmasına və sökülməsinə imkan verən AK-74M-M avtomatının kütlə-qabarit maketlərinin (KQM) partiyasını buraxıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə konsernin mətbuat xidməti Partiyaya yeddi mindən çox modelin daxil olduğu qeyd edilir. Konsern əlavə edib ki, KQM-yə tələbat müəssisənin istehsal imkanlarını xeyli üstələyir. Onlar hərbi atıcı silahlar üçün dövlət müdafiə sifarişinin yerinə yetirilməsi ilə eyni vaxtda hazırlanır. Xatırladaq ki, daha öncə AK-12 avtomatlarının Rusiya qoşunlarına tədarükü 2023-cü ildə, demək olar, iki dəfə artıb. “Kalaşnikov” konserninin icraçı direktoru Andrey Barışnikov bildirib ki, konsern ilin sonunadək modernləşdirilmiş AK-12 avtomatının istehsalına başlamağı planlaşdırır.
Facebook-da paylaş