Finlandiya XİN Rusiya ilə sərhədlərin mərhələli şəkildə açılmasına icazə verib


Miqrantlarla bağlı vəziyyət normallaşarsa, Rusiya və Finlandiya sərhədində keçid məntəqələri mərhələli şəkildə açılacaq.

Şəffaflıq.az xəbər verir ki, bunu Finlandiyanın xarici işlər naziri Elina Valtonen deyib.

Onun sözlərinə görə, Afrika və Yaxın Şərqdən olan qaçqınların sərhəd zonasında qalmasına baxmayaraq, hazırda şərq sərhədində vəziyyət sabitdir.

E.Valtonen qeyd edib ki, sərhəddəki vəziyyət nəzarətdə saxlanılır. O, hökumətin hansı qərarlar qəbul etmək niyyətində olduğunu açıqlamayıb, lakin sərhəd zastavalarının iş saatları ilə bağlı qərarların dekabrın 13-dən gec olmayaraq veriləcəyi gözlənilir.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}