UNIFIL: Yaxın Şərq münaqişəsinin genişlənmə ehtimalı var
Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Qüvvələri (UNIFIL) Yaxın Şərqdə daha geniş münaqişəyə səbəb ola biləcək “yanlış hesablama” ehtimalının artdığını bildirib. Şəffaflıq.az-ın xəbərinə görə, bu barədə qurumun “X” sosial şəbəkəsindəki paylaşımında qeyd olunub. “Mavi xətt” boyunca iki aydan çox davam edən aktiv atəşdən sonra daha geniş münaqişəyə səbəb ola biləcək səhv hesablama ehtimalı artır”, - paylaşımda bildirilib. Bundan əlavə UNIFIL Livanın cənubundakı İbel Kameh yaxınlığındakı gözətçi qülləsinin şənbə günü atəşə tutulduğunu və zərər dəydiyini xəbər verib. Hücum zamanı işçilərdən heç biri xəsarət almayıb, atışmanın səbəbləri araşdırılır.
Xəbəri paylaş
Facebook-da paylaş