Livan hökumətinin yeni tərkibindəki erməni qadın nazir terrorçu “Daşnaksütun” partiyasının üzvüdür!

 

Şəffaflıq.az "Hurriyyet.org"-a istinadən xəbər verir ki, Livanın uzunmüddətli çəkişmələrdən sonra formalaşmış yeni hökumətinin tərkibində ilk dəfədir ki, erməni qadın nazir də var – Vardine Ohanyan gənclər və idman naziri seçilib. Vardine Ohanyanın namizədliyi ötən əsrin əvvəllərində Azərbaycanda və Türkiyə ərazisində, türk, kürd, talış, tat və ləzgilərə qarşı soyqırımı törətmiş “Daşnaksütun” partiyası tərəfindən isrəli sürülüb (https://az.wikipedia.org/wiki/Daşnaksütun).

Livanda dərc olunan “Azdak” qəzetinin baş redaktoru Şaan Qantaryanın  “Armenpress” agentliyinə müsahibəsində deyilir: “İlk dəfədir ki, Livan hökumətinin tərkibində erməni qadın nazir var. Bu dəfə Livan hökumətində qadın nazirlərin sayı çoxdur. Bizim 6 qadın nazirimiz var”.

Bundan əvvəlki hökumətin də heyətində erməni nazir olub – Avetis Kitanyan  Livanın turizm naziri idi.

2019-cu ilin payızında başlanan kütləvi etiraz aksiyalarından sonra Livanın baş naziri Səid Hariri istefa vermək qərarını bəyan eləmişdi.

Livandakı İrana və Bəşər Əsədə yaxınlığı ilə tanınan Hizbullah və siyasi müttəfiqlərinin yaratdığı 8 Mart blokunun dəstəyi ilə 19 dekabr 2019-cu il tarixində baş nazir seçilmiş keçmiş təhsil naziri Hassan Diyab dünən 20 üzvdən ibarət yeni kabinetini təqdim edib. Lakin yeni heyətin təyin olunması da Hökumət Evinin qarşısındakı etirazçıları təmin eləməyib.

Xəbər verdiyimiz kimi, Həsən Diyabın formalaşdırdığı yeni kabinetin üzvlərinin 6 nəfəri, yəni 30%-i qadındır. Yaxın Şərqdə və ərəb dünyasında ilk dəfədir ki, Müdafiə Nazirliyinin rəhbəri vəzifəsinə qadın təyin edilib.

https://hurriyyet.org/xeber/yaxin_erqde_ilk_qadin_mudafie_naziri_-_livanda_8_mart_blokunun_desteklediyi_hokumetin_30-i_qadinlardan_ibaretdir

Tarixi ekskursiya: Livan erməni terrorunun dayaq nöqtəsinə çevrilib

Qeyd edək ki, Livan erməniləri erməni diasporunun xüsusilə güclü bir zümrəsidir, Türkiyə və Azərbaycan türklərinə qarşı xüsusi aqressivlikləri ilə seçilirlər. Livan demək olar ki, daşnakçılığın, ermənilərin dövlət doktrinası səviyyəsinə gəlmiş terorçuluğun vətənidir. Ermənistanın milli qəhrəmanı, Qarabağ müharibəsi zamanı azərbaycanlı hərbçilər tərəfindən zərərsizləşdirilən Monte Melkonyan da uzun müddət Livanda erməni birliklərinə rəhbərlik etmişdir. Son dövrlərdə, Livanda yaşayan ermənilər, əsasən Ermənistanın dirçəldilməsi məqsədi ilə müxtəlif tədbirlər keçirlər.

 Ölkədə hər il Ermənistan üçün ianə toplanır. Livan erməniləri ölkəninin siyasi həyatındada mühüm yerə sahibdilər. 1918-ci ildə Azərbaycandakı soyqırımının müəllifi olmuş “Daşnaksütyun” partiyası Livanda rəsmi olaraq parlamentdə hər seçkidə təmsil olunur. “Hnçak” və “Armenakan” partiyaları isə ictimai həyatda böyük təsirlərə malikdir.

2016-cı ilin sonlarında “Ermənistan” ümumerməni fondunun Livandakı icra orqanı tərəfindən təşkil edilmiş radiomarafon ərzində 85 min ABŞ dollar bağışlanmışdı.

Bu vəsaitin Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma Dağlıq Qarabağ Respublikasında aprel müharibəsi zamanı dağılmış evlərin bərpa edilməsinə və Qarabağda yaşayan çoxüşaqlı erməni ailələri üçün evlər tikintisi layihələrinin həyata keçirilməsinə xərclənməsi nəzərdə tutulmuşdu.

Beynəlxalq erməni terror təşkilatlarının demək olar ki, hamısı ya Livanda, ölkənin paytaxtı Beyrutda yaradılıb, ya da bu ölkə ilə əlaqələri var:

“Armenakan” partiyası: 1885-ci ildə yaradılıb. Türkiyənin Van, Muş, Bitlis,Trabzon bölqələrində və İstanbulda silahlı toqquşmalar və terror aktları törədən bu partiya İran və Rusiyada yaşayan ermənilərlə əməkdaşlıqda olub.

 “Hnçak” partiyası: 1887-ci ildə Cenevrədə yaradılıb. Qurumun əsas məqsədi Türkiyənin Anadolu bölgəsini, “Rus” və “İran” Ermənistanları adlandırdıqları əraziləri birləşdirməklə "Böyük Ermənistan" dövləti yaratmaqdır. Partiyanın proqramının 4-cü bəndində göstərilir; “Qarşıya qoyulmuş məqsədə çatmaq üçün təbliğat, təşviqat,    terrorizm və dağıdıcı təşkilat yaradılması metodu seçilməlidir”

“Daşnaksütyun”- erməni federativ inqilab partiyası: 1890-cı ildə Tiflisdə yaradılıb. Əsas qayəsi Azərbaycanın Dağlıq Qarabağ, Naxçıvan və Türkiyənin Anadolu torpaqlarında “Böyük Ermənistan” dövləti qurmaqdır. 1892-ci ildə Tiflisdə ilk qurultayını keçirən “Daşnaksütyun” türklərə qarşı sui-qəsdlərin təşkil olunması barədə qərar çıxarmışdır. Məhz bu qurultaydan sonra “Daşnaksütyun” “türkü, kürdü hər yerdə, hər bir şəraitdə öldür, sözündən dönənləri, erməni xainlərini öldür, intiqam al!” əmrini vermişdir. “Daşnaksütyun” partiyası tərəfindən yaradılan bir sıra terror qrupları mövcuddur: 1973-cü ildə fəaliyyətə başlamış “Erməni “soyqırımının” intiqamçıları” qrupu 1980-1982-ci illər ərzində Avstriya, Danimarka və Portuqaliyada türk diplomatlarını qətlə yetirib; Məxfi terror qrupu DRO və onun bölmələri: DRO-8, DRO-88, DRO-888, DRO-8888. Daşnakların hazırda bu istiqamətdə fəaliyyəti davam edir.

“Erməni gizli azadlıq ordusu” ASOA: 1975-ci ildə Beyrutda yaradılıb. Mənzil-qərargahı Dəməşqdə yerləşir. Fələstin bazalarında hazırlıq keçən mindən artıq döyüşçüsü vardır. Fəaliyyətinin ilk 6 ilində təşkilat dünyanın müxtəlif ölkəsində 19 türk diplomatının ölümünə səbəb olan terror aktları keçirib.

“Ermənistanın azadlığı uğrunda erməni gizli ordusu” ASALA: 1975-ci ildə yaradılan təşkilatın qərargahı Beyrutda, təlim-məşq bazaları isə Suriyada yerləşir. Təşkilatın məqsədi Şərqi Türkiyə, Şimali İran və Azərbaycanın Naxçıvan və Dağlıq Qarabağ əraziləri üzərində "Böyük Ermənistan" qurmaqdır. Bu təşkilat əsasən Türkiyə və Azərbaycan vətəndaşlarına qarşı terror aktları həyata keçirir.

Livanda erməni iqtidarları, prezidentləri

Livandakı erməni diasporu Yaxın Şərqdə ən iri diasporalardan sayılır. Rəsmi məlumata görə, Livanda 165 min erməni yaşayır.
İndi isə Liviyada erməni terrorunun və daşnak millətçiliyinin məhz dövlət başçısı, prezident səviyyəsində dəstəklədiyini isbat edən faktlara, ermənilərin mövcud olduqları hər yer kimi Livana da tədricən sahiblənməsinə səthi də olsa, nəzər salaq.

Ermənilər daim Livanın siyasi həyatında fəal olublar. Dövlətin mövcudluğu dövründə ermənilər üç dəfə Livan prezidenti olmağa müvəffəq olublar.

Onların adı belədir:    

1. Kamil Nimr Şamun – 1952-ci ildən 1958-ci ilə qədər Livan prezidenti olub.

Şamun 1900-cu il aprelin 3-də, Del-əl-Qəmər şəhərində, Osmanlı imperiyasının ərazisində erməni-maronit (Livandakı xristian qövm) doğulub. O, 1923-cü ildə Beyrutdakı Sankt Cozef – Müqəddəs İosif universitetində hüquqşünas təhsili alıb, vəkil işləyib. Əmisi, Ədib Paşa iki dəfə ölkənin baş naziri postunu tutub. 1934-cü ildə ilk dəfə, 1972-ci ildə son dəfə Livan parlamentinə seçilib. 1943-cü ildə Livanın Fransa müstəkəmləkəçiliyindən azad olunması uğrunda hərəkatın liderlərindən biri kimi həbs edilib və yeni respublikanın gələcək ilk prezidenti və gələcək baş naziri ilə birlikdə həbsxanada 11 gün keçirib. Kütləvi etirazlar nəticəsində noyabrın 22-də bütün həbs edilənlər azadlığa buraxılıb və indiyə qədər bu gün Livanda müstəqillik günü kimi qeyd edilir.

Siyasi uzaqgörənliyi və təbiətindəki erməni hiyləsi sayəsində o, yeni iqtidarın yanında da özünə yer qazana bilir, 1946-47-ci illərdə maliyyə naziri, 1947-ci ildə daxili işlər naziri təyin edilir. Kamil Şamun 1951-ci ilə qədər Livanın Böyük Britaniyadakı səfiri, sonra BMT-dəki nümayəndəsi postlarını tutur. 1952-ci ildə Şamun Livan prezidenti seçilir. 1958-ci ildə ölkə müsəlmanları Şamunu çevirməyə cəhd göstərirlər, lakin o, diplomatik danışıqlar apararaq özünün birinci prezidentlik müddəti başa çatan kimi postu tərk edir.

Şamun istefadan sonra Liviyada milli-liberal partiyası yaradır. Sonrakı illərdə Şamunun milli-liberal partiyası ölkə parlamentindəki mandatların əksərinə sahiblənir.

Kamil Şamun xristianların lideri qismində vətəndaş Livandakı müharibəsində vacib rol oynayır. Öz anti-islam baxışlarına görə Şamunu “Livanın səlib yürüşçüsü” adlandırırlar.

Şamun siyasi fəaliyyəti boyunca Livandakı erməni icmasını fəal şəkildə dəstəkləyib və onlara kömək edib. Məhz Kamil Şamunun prezidentliyi dövründə Livan parlamentində ermənilərə 10 mandat ayrılır.

Livanın ilk erməni prezidenti 1984-cü ildə, 87 yaşında infarktdan ölür. Livanın ən böyük stadionuna onun adı verilir.

2. Elias Yusif Sarkis – 1976-1982-ci illərdə Livan prezidenti olub.

Sarkis 1924-cü ildə Livanın xristian və müsəlmanlarla məskunlaşmış Şaban dağ kəndində anadan olub. Atası Türkiyə ermənisi, anası isə Kopt xristianı olub.

Sarkis əvvəlcə doğulduğu kənddə, sonra isə paytaxt Beyrutda təhsil alıb. Sonra Sankt Cozef universitetində hüquq təhsili alıv. Üç ildən artıq vəkil işləyib, 1968-ci ildə isə Livanın Mərkəzi Bankının başçısı təyin edilib. Bu postu 9 ilə yaxın müddət ərzində tutub.

Elias Sarkis prezident olduğu vaxt Livanda vətəndaş müharibəsi ən qızğın çağında olub – müsəlmanlarla xristianlar arasında nifaq səngiməyib. O, 1985-ci ildə Parisdə xərçəng xəstəliyindən ölüb.

3. Emil Cəmil Lahud – 1998-2007-ci illərdə Livan prezidenti olub.

Emil 1936-cı ildə Livanın Baabdat şəhərində erməni-maronit qarışıq ailəsində doğulub. Atası Cəmil Lahud Livan generalı, anası Adrine Bacakyan erməni olub. Emilin tərbiyəsində ana babası Minas böyük rol oynayıb. Məhz buna görə də, atasının maronit olmasına baxmayaraq, Lahud erməni ənənələri ilə yetişdirilib. Emil atasının yolu ilə gedərək Beyrut dəniz akademiyasına daxil olub. Bundan sonra isə Böyük Britaniyanın hərbi dəniz kollecində təhsil alıb. Parlaq hərbi karyerası Lahudu Livan silahlı qüvvələrinin baş komandirinə çevirib. 1998-ci ildə isə parlament 62 yaşlı Lahudu prezident seçir.

Livandakı vətəndaş müharibəsi illərdində Lahud erməni icmasını fəal şəkildə dəstəkləyib. Məhs o, ermənilərin müsəlmanlara qarşı silahlanmasını və müdafiəsini təşkil edib. Məhz Emil Cəmil Lahud adlı erməni generel-prezidentin səyi nəticəsində 1997-ci ildə Livan Parlamenti aprelin 24-nü qondarma erməni “soyqırımı” günü kimi tanıyan qətnamə qəbul edib...

O zamanadək heç vaxt ermənilər Livan dövlətində Lahud dövründəki qədər yüksək postlar tutmamışdı. Bu gün də eks-prezident Livanın erməni əhalisini fəal şəkildə dəstəkləməkdədir.

2001-ci ildə Emil Lahud ilk dəfə Ermənistana səfər edib. Onun həyat yoldaşı da Andre Amadyan da ermənidir. Onların nigah mərasimi də ciddi şəkildə erməni ənələrinə riayət edərək keçirilib.

Qeyd edək ki, ötən əsrin II yarısında Livanda 15 il davam edən vətəndaş müharibəsi olub və həm iqtidardakı soydaşlarından, həm də özlərinin beynəlxalq təşkilatlarından dəstək alan ermənilər Livanda at oynadıblar.

P.S. Erməni daşnak partiyası sədrinin müavini və Livanın keçmiş turizm naziri Avadis Kaydanyanın hələ vəzifə başında olduğu 2017-ci ildə MTV adlı Livan kanalına müsahibəsində Türkiyəni sevmədiyini və Ermənistanı Livandan üstün tutuduğunu deməsi ölkədə kəskin reaksiyalar doğurmuşdu.

Bəzi ölkələrin vəziyyətlərinin ağırlaşmasından faydalandıqlarını bildirən erməni nazir Kaydanyan demişdi: “Türkiyədə hazırda çox problem var. Bu sıxıntılar onlar üçün ağır vəziyyətdir, amma bizim üçün yaxşı bir fürsətdir. Bu vəziyyətdə çox sevinirəm, çünki onları (türkləri) sevmirəm”. Nazir Kaydanyan ona verilən “Türkiyəli turistləri Livana gəlməyə təşviq edirsinizmi?” sualının cavabında demişdi: “Türkiyə ilə uzaq-yaxın heç bir şeyi təşviq eləmirəm. Onların istehsal etdikləri heç nəyi tövsiyə eləmirəm və onlarla hər hansı bir əlaqənin yaradılmasını istəmirəm. Livan hökmətində nazir olduğum üçün bu şəxsi fikirlərimi söyləməyə icazə vermirlər. Buna rəğmən, nəyə inanıramsa, onu da deyirəm. Türkiyə xalqının Livana gəlişinin qarşısını ala bilməsəm də, onları hava limanında qarşılamaq istəmirəm”.

Proqramın aparıcısının Livan ilə Ermənistan arasında seçim eləmək lazım gələrsə, hansını seçəcəyi barədə suala nazir Kaydanyan: “Ermənistanı seçərəm” cavabını verimişdi.



Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}