Ermənistanda Türkiyəyə qarşı kütləvi aksiyalar başladı-Bayraq yandırıldı!..
İşğalçı ölkənin Vanadzor şəhərində 24 aprel- qondarma “soyqırım” günü ilə bağlı Türkiyə dövlətinə qarşı etiraz aksiyaları start götürüb.
Şəffaflıq.az xəbər verir ki, bu haqda baş nazir N.Paşinyana yaxın nəşrlər məlumat yayıb. Vanadzordakı aksiya terrorçu “Daşnaksütyun” partiyasının yerli şöbəsinin təşəbbüsü ilə təşkil edilib. Məşəl marşına erməni keşişlər də qatılıb. Yürüş zamanı qardaş ölkənin bayrağına qarşı təhqiramiz hərəkətlər edilib, həmçinin, bir neçə yerdə həmin bayraqlara od vurulub.Moderator.az
Xəbəri paylaş
Facebook-da paylaş