Əfqanıstanda yük maşınının aşması nəticəsində 18 nəfər ölüb


Əfqanıstanın şərqindəki Laqman vilayətində yük maşınının aşması nəticəsində ən azı 18 nəfər həlak olub, 30 nəfər isə yaralanıb.

Şəffaflıq.az-ın məlumatına görə, bu barədə "Xinhua" yerli polis idarəsinə istinadən xəbər verir.

Məlumata görə, yol-nəqliyyat hadisəsi paytaxt Kabulu şərq vilayətləri ilə birləşdirən magistral yolda baş verib - sürücünün idarəetməni itirməsi nəticəsində avtomobil yoldan çıxaraq aşıb.

Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Bir neçə nəfərin vəziyyəti ağırdır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}