Əsas Səhifə > XARİCİ XƏBƏR > Əfqanıstanda yük maşınının aşması nəticəsində 18 nəfər ölüb
Əfqanıstanda yük maşınının aşması nəticəsində 18 nəfər ölübBu gün, 11:17 |
|
Əfqanıstanın şərqindəki Laqman vilayətində yük maşınının aşması nəticəsində ən azı 18 nəfər həlak olub, 30 nəfər isə yaralanıb. Şəffaflıq.az-ın məlumatına görə, bu barədə "Xinhua" yerli polis idarəsinə istinadən xəbər verir. Məlumata görə, yol-nəqliyyat hadisəsi paytaxt Kabulu şərq vilayətləri ilə birləşdirən magistral yolda baş verib - sürücünün idarəetməni itirməsi nəticəsində avtomobil yoldan çıxaraq aşıb. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Bir neçə nəfərin vəziyyəti ağırdır. Geri qayıt |