Nukişor Dan Rütte ilə Rumıniyada Rusiya dronu ilə bağlı insidenti müzakirə edib
Rumıniya Prezidenti Nukişor Dan NATO-nun Baş katibi Mark Rütte ilə danışıqlar aparıb və Rusiya dronunun yaşayış məntəqəsinə düşməsini müzakirə edib. Şəffaflıq.az-n məlumatına görə, Rumıniya lideri bu barədə "X" səhifəsində yazıb. "Rusiyanın Ukrayna ilə münaqişəsinin başlanmasından bəri Rumıniya ərazisində baş vermiş insident ilə əlaqədar NATO-nun Baş katibi ilə söhbət apardım", - o yazıb. N.Dan qeyd edib ki, Rumıniyanın suverenliyinin qəbuledilməz şəkildə pozulmasını qətiyyətlə pisləyir. O həmçinin ölkənin NATO üzrə müttəfiqləri ilə həmrəyliyini bəyan edib.
Xəbəri paylaş
Facebook-da paylaş








