Əsas Səhifə > XARİCİ XƏBƏR > Nukişor Dan Rütte ilə Rumıniyada Rusiya dronu ilə bağlı insidenti müzakirə edib

Nukişor Dan Rütte ilə Rumıniyada Rusiya dronu ilə bağlı insidenti müzakirə edib


Bu gün, 15:40


Rumıniya Prezidenti Nukişor Dan NATO-nun Baş katibi Mark Rütte ilə danışıqlar aparıb və Rusiya dronunun yaşayış məntəqəsinə düşməsini müzakirə edib.

Şəffaflıq.az-n məlumatına görə, Rumıniya lideri bu barədə "X" səhifəsində yazıb.

"Rusiyanın Ukrayna ilə münaqişəsinin başlanmasından bəri Rumıniya ərazisində baş vermiş insident ilə əlaqədar NATO-nun Baş katibi ilə söhbət apardım", - o yazıb.

N.Dan qeyd edib ki, Rumıniyanın suverenliyinin qəbuledilməz şəkildə pozulmasını qətiyyətlə pisləyir.

O həmçinin ölkənin NATO üzrə müttəfiqləri ilə həmrəyliyini bəyan edib.


Geri qayıt