Malayziya Kralı İlham Əliyevi təbrik edib
Malayziyanın Kralı Əlahəzrət Sultan İbrahim Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Şəffaflıq.az-ın məlumatına görə, təbrikdə deyilir: "Zati-aliləri. Əlamətdar bayram – ölkənizin müstəqilliyinin 108-ci ildönümü münasibətilə Zati-alinizə və hörmətli Azərbaycan xalqına səmimi təbriklərimi və xoş arzularımı çatdırıram. Bu il Malayziya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 33-cü ildönümünü qeyd edirik. İkitərəfli münasibətlərimizin inkişafından məmnunam və əminəm ki, bu əməkdaşlıq ruhu hər zaman xalqlarımızın rifahı üçün faydalı olacaq. Malayziya ikitərəfli əlaqələrimizi daha da möhkəmləndirməyə və inkişaf etdirməyə sadiq qaldığını bir daha təsdiqləyir. Zati-aliləri, Sizə möhkəm cansağlığı və rifah, Azərbaycan vətəndaşlarına sülh və firavanlıq arzularımı qəbul etməyinizi xahiş edirəm".
Facebook-da paylaş








