FİFA 2027-ci ildə qadınlar arasında keçiriləcək dünya çempionatına ev sahibliyi etmək üçün 3 təklif alıb.
FİFA 2027-ci ildə qadınlar arasında keçiriləcək dünya çempionatına ev sahibliyi etmək üçün 3 təklif alıb. Şəffaflıq.az xəbər verir ki, son müraciət ötən gün ABŞ və Meksikadan olub. Adıçəkilən ölkələr dörd il sonra baş tutacaq mundiala birgə ev sahibliyi etmək niyyətindədirlər. Daha əvvəl Braziliya, eləcə də, Belçika, Almaniya və Niderlanddan ibarət “üçlük” quruma rəsmi sənəd təqdim etmişdi. Müraciət üçün müddət artıq başa çatıb. FİFA müraciət edən ölkələrə 2024-cü ilin fevralında yoxlama səfərləri təşkil edəcək. Ali futbol qurumunun mayda keçiriləcək konqresində ev sahibi ölkə ilə bağlı qərar veriləcək. Qeyd edək ki, qadınlar arasında builki dünya çempionatını Avstraliya və Yeni Zelandiya birgə qəbul ediblər.
Facebook-da paylaş