Borislav Mixaylov Bolqarıstan Futbol İttifaqının (BFU) prezidenti postunu tərk edib.
Borislav Mixaylov Bolqarıstan Futbol İttifaqının (BFU) prezidenti postunu tərk edib. Şəffaflıq.az xəbər verir ki, 60 yaşlı funksioner hamını sakitləşdirmək üçün bu addımı atdığını bildirib. O, quruma ciddi təzyiqlər olduğunu söyləyib: "Buna baxmayaraq, işləri qısa müddətdə başa çatdırdıq. Milli komanda yaxşı oyun nümayiş etdirmədi. Amma məndən asılı olan hər şey edildi". Bolqarıstan yığması AVRO-2024-ün seçmə mərhələsində G qrupunu 4 xalla sonuncu - 5-ci pillədə başa vurub. Noyabrın 16-da paytaxt Sofiyada Macarıstan yığması ilə görüş başlamazdan əvvəl 5 minə yaxın insan BFU rəhbərliyinin istefa tələbi ilə kütləvi etiraz aksiyası keçirib. Qeyd edək ki, Borislav Mixaylov 1983-1998-ci illərdə Bolqarıstan millisinin qapıçısı olub.
Facebook-da paylaş