Əsas Səhifə > FUTBOL > Borislav Mixaylov Bolqarıstan Futbol İttifaqının (BFU) prezidenti postunu tərk edib.
Borislav Mixaylov Bolqarıstan Futbol İttifaqının (BFU) prezidenti postunu tərk edib.27-11-2023, 21:41 |
Borislav Mixaylov Bolqarıstan Futbol İttifaqının (BFU) prezidenti postunu tərk edib. Şəffaflıq.az xəbər verir ki, 60 yaşlı funksioner hamını sakitləşdirmək üçün bu addımı atdığını bildirib. O, quruma ciddi təzyiqlər olduğunu söyləyib: "Buna baxmayaraq, işləri qısa müddətdə başa çatdırdıq. Milli komanda yaxşı oyun nümayiş etdirmədi. Amma məndən asılı olan hər şey edildi". Bolqarıstan yığması AVRO-2024-ün seçmə mərhələsində G qrupunu 4 xalla sonuncu - 5-ci pillədə başa vurub. Noyabrın 16-da paytaxt Sofiyada Macarıstan yığması ilə görüş başlamazdan əvvəl 5 minə yaxın insan BFU rəhbərliyinin istefa tələbi ilə kütləvi etiraz aksiyası keçirib. Qeyd edək ki, Borislav Mixaylov 1983-1998-ci illərdə Bolqarıstan millisinin qapıçısı olub. Geri qayıt |