Pakistan 2024-cü ildə BRİKS-ə qoşulmaq üçün müraciət edib


Pakistan 2024-cü ildə BRİKS-ə qoşulmaq üçün müraciət edib və respublikanın assosiasiyaya qoşulması məsələsində Rusiyanın köməyinə ümid edir.

 Şəffaflıq.az xəbər verir ki, bu barədə Pakistanın Rusiyadakı yeni səfiri Məhəmməd Xalid Camali TASS-a müsahibəsində deyib.

“Biz artıq ərizə təqdim etmişik. Pakistanın üzvlüyünü dəstəkləmək üçün üzv ölkələrlə əlaqə saxlayırıq və Rusiyanın köməyinə ümid edirik”, – deyə diplomatik missiyanın rəhbəri ölkənin bu birliyə qoşulmaqda maraqlı olub-olmaması ilə bağlı suala cavab verib.

Səfir qeyd edib ki, İslamabad 2024-cü ildə artıq Rusiyanın sədrliyi dövründə BRİKS-ə qoşulmağı gözləyir.

“Bəli. Bu doğrudur”, – o, müvafiq suala cavab verdi.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}